Millətlər Liqasının oyunları ilə yaranan fasilədən istifadə edən klublarımız yoxlama oyunları keçirir. Bakıda hazırlığı davam etdirən “Qəbələ” “Səbail”lə qarşılaşıb. “Qəbələ”nin legioneri Nikolas Rayselin 75-ci dəqiqədə penaltidən vurduğu qol bölgə təmsilçisinə minimal hesablı qələbə qazandırıb. “Qəbələ” növbəti yoxlama oyununu sentyabrın 5-də “Zirə”yə qarşı keçirəcək.

   Yeri gəlmişkən millinin oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Qəbələ" daha iki legionerlə güclənməyi düşünür.Əyalət təmsilçisi həmin f futbolçularla danışıqları davam etdirir. Hər şey müsbət yekunlaşsa həmin futbolçular Azərbaycana dəvət olunacaq və onlarla müqavilə imzalanacaq.