Türkiyənin "Başakşəhər" klubunun müdafiəçisi Mert Çelik Azərbaycanın U-21 millisinə dəvət alıb. 20 yaşlı futbolçu yığmaya ilk dəfə çağırılıb. Daha öncə federasiya "Başakşəhər"in digər futbolçusu Əmrə Kaplanı millilləşdirmişdi.19 yaşlı sol cinah müdafiəçi U-21 millisinin Fransa ilə keçirəcəyi matça çağırılıb. İlin əvvəlində milliləşdirilən "Alanyaspor"un hücumçusu Mustafa Yıldırım da U-21-ə dəvət alıb. O, bundan əvvəl U-19-a çağırılmışdı. 

 Qeyd edək ki, Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.