“Keşlə” isə UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” komandasını qəbul edib. “Ask Arena”da təşkil olunan qarşılaşmada 90 dəqiqə ərzində hesab açılmayıb. Qonaqlar 72-ci dəqiqədən 10 nəfərlə mübarizə aparmalı olublar. Lukas de Oliveyra meydandan çıxarılıb. Qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub. Bu hissədə isə Keşlə azlıqda qalıb. Şəhriyar Əliyev qırmızı vərəqəylə cəzalanıb. Komandalar əlavə vaxtda da bir-birlərinin müqavimətini qıra bilməyiblər.Penalti seriyasında "Keşlə"nin heyətində İlkin Qırtımovun 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməməsi “Laçi”nin 2-ci təsnifat mərhələsinə çıxmasına şərait yaradıb.