"Sumqayıt"ın avrokuboklarda debütü uğursuz alınıb. "Kimyaçılar" İdman TV-də canlı göstərilən oyunda Şimali Makedoniyanın daha bir təmsilçisi "Şkendiya "ya uduzublar. “Kapital Bank Arena”da keçirilən görüşün ilk hissəsi qolsuz başa çatıb. 56-cu dəqiqədə qonaqlar irəli keçiblər. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun kobudluğuna görə təyin olunan penaltini Besart İbraimi dəqiq yerinə yetirib. Final fitinə az qalmış Sumqayıtın heyətində Tellur Mütəllimov meydandan çıxarılıb. Üstəlik Komandamız 2-ci dəfə penaltı ilə cəzalandırılıb. 11 metrlik zərbəni yerinə yetirən Lyupçe Doriyev hədəfdən yayınmayıb.

Beləliklə, “Sumqayıt” “Şkendiya”ya 0:2 hesabilə uduzaraq Avroliqa ilə vidalaşıb.