“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul klubunun saytında verilən məlumata görə, “sarı-lacivərdlilər" “Las Palmas”dan uruqvaylı müdafiəçi Maurisio Lemosu transfer edib. 24 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanb.Klub 24 yaşlı futbolçunun transferi üçün 1,5 milyon avro təzminat ödəyib. Lemosun illik maaşı 850 min avro olacaq.
Qeyd edək ki, Lemos ötən mövsüm İspaniya 2-ci liqasında 26 matçda 1 qol vurub.