Türkiyə çempionatında yeni mövsümdən etibarən azarkeşlərin meydanlara buraxılmasına icazə verilib.

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qərara əsasən, okytabr ayından tribunaların yalnız 30%-nin doldurulması şərtilə azarkeşlər stadionlara buraxılacaq. Şübhəsiz ki, bütün zəruri tibbi qaydalara əməl olunacaq. Futbolsevərlərin tribunalarda oturacaq seçimi sərbəst olacaq. Qeyd edək ki, Türkiyə Superliqası sentyabrın 11-dən start götürəcək.