"Qarabağ" klubu sabah UEFA  Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif”  komandası ilə görüşəcək. Oyun ərəfəsində ölkə çempionumuzun baş məşqçisi Qurban Qurbanov ənənəvi mətbuat konfransı keçirib.

Xatırladaq ki,"Qarabağ" UEFA Çempionlar Liqasında ilkin təsnifat mərhələsində "Sileks"lə oyunda 4-0 hesablı inamlı qələbə qazanmışdı. Ağdam klubu Moldovanın “Şerif” komandası ilə görüşdə də qələbəyə iddialıdır. “Qarabağ”ın rəqibi də paytaxtımıza iddialı gəlib.Rəqibin baş məşqçisi Zoran Zekiç təmsilçimizi favorit adlandırsa da, növbəti mərhələyə çıxmaq üçün bütün imkanlardan istifadə edəcəklərini deyib:“Oyundan əvvəl bunun müsbət, yoxsa mənfi hal olduğunu demək çətindi. İstənilən halda, Bakıda olmaqdan məmnunam. “Qarabağ” favoritdi. Komanda uzun illərdi Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsində oynayır. “Qarabağ”ı Zaqreb “Dinamo”su ilə müqayisə edə bilərəm. Hər iki klub böyük hörmətə malikdi. Rəqibin baş məşqçisi uzun illərdi bu komandanı çalışdırır. Ümid edirəm ki, 3-cü dəfə bizim üçün uğurlu olacaq.”    Qeyd edək ki,"Qarabağ"- “Şerif” görüşü Tofiq Bəhramov Stadionunda olacaq. Qarşılaşma avqustun 26-sı saat 20:00-da başlanacaq. Maraqlıdır ki, UEFA əvvəlcədən bu oyunu Furkat Atajanovun rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadasına həvalə etsə də, sonradan qərarını dəyişib. Yeni qərara əsasən qarşılaşma ukraynalı hakimlərə tapşırılıb. Görüşün baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.