"Arsenal" ötən mövsüm icarəyə götürdüyü futbolçular - Pablo Mari və Sedrik Soareşi birdəfəlik heyətinə qatıb. Bu barədə klubun saytı məlumat yayıb. Britaniya mətbuatı müdafiəçi Mari üçün "Flamenqo"ya 8 milyon avro təzminat ödənildiyini yazıb. London təmsilçisi digər müdafiəçi Soareşi isə "Sauthempton"dan pulsuz alıb.  

  Qeyd edək ki, Mari ötən mövsüm "Arsenal"da 3, Soareş isə 5 matçda iştirak edib.