“Zirə” klubu qapıçı problemini tezliklə həll etmək istəyir. Qəsəbə təmsilçisi ilk olaraq “Neftçi”dən Səlahət Ağayevi heyətinə qatmaq istəsə də bu mümkün olmayıb. Hazırda isə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevlə maraqlanır. Vaxtilə birlikdə oynadığı qapıçını öz klubuna gətirmək istəyən Sadıqov Ağdam təmsilçisi ilə danışıqlara başlayıb.
Əgər son çempion heyətinə yeni qapıçı cəlb etsə, o zaman Şahruddini “Zirə”yə icarəyə verəcək.