Futbol üzrə Azərbaycan çempionatında ilk tur başa çatıb. Qəbələdə keçirilən oyunda yerli komanda ilə "Zirə" kollektivi görüşüb. Rəşad Sadıqovun baş məşqçi kimi premyer liqada debüt etdiyi Qarşılaşmada erkən qol vurulub. 3-cü dəqiqədə Asif Məmmədov hesabı açıb. Ancaq qonaqlar fasiləyə kimi hesabda tarazlıq yaradıblar. 28-ci dəqiqədə Ağabala Ramazanov çətinliklə də olsa, topu qapıya vurmağa müvəffəq olub. İlk hissə 1:1 hesabilə başa çatıb. Fasilədən sonra hesab dəyişməyib. Yadda qalan son hadisə 2-ci hissəyə artırılan ilk dəqiqəyə təsadüf edib. "Zirə"nin heyətində Hacıağa Hacılı 2-ci dəfə sarı vərəqəylə cəzalanaraq meydandan çıxarılıb.

  Beləliklə "Qəbələ" - "Zirə" görüşü 1:1 hesabilə yekunlaşıb. İlk turu qələbəylə başa vuran "Qarabağ", "Neftçi" və "Keşlə" komandaları hazırda yarış cədvəlində ilk 3-lükdədilər.