Amerika Birləşmiş Ştatlarının Sinsinnati şəhərində kişi və qadın tennisçilərin yarışları keçirilir. Hər 2 turnirdə favoritlərin məğlubiyyəti maraq doğurub. Reytinqdə ilk 3-lükdə olan Karolina Plişkovanın uduzması xususilə gözlənilməz nəticə kimi yadda qalıb.
Amerika birləşmiş ştatlarında təşkil olunan ATP yarışının ilkin mərhələsində böyük britaniyalı Deniel Evans rusiyalı Andrey Rublyovla üz-üzə gəlib. Britaniyalı raketka ustası ilk seti xeyrinə tamamlayıb - 7:5. 2-ci bölümü isə Rublyov irəlidə bitirib - 6:3. Amma 3-cü setdə Evans yenidən təşəbbüsə yiyələnərək qalib gəlib - 6:2. Beləcə reytinq cədvəlində 28-ci yerdə qərarlaşan britaniyalı idmançı 14 pillə geri qaldığı Andrey Rublyovu məğlub edərək 1/16 finala çıxıb.
Qadın tennisçilərin yarışında daha böyük sensasiya qeydə alınıb. WTA reytinqində ilk 3-lüyü tamamlayan çexiyalı Katerina Plişkova siyahıda 41-ci olan, rusiyalı Veronika Kudermetova ilə bacarmayıb. Hər 2 setdə rusiyalı idmançının üstünlüyü qeydə alınıb - 7:5, 6:4. Beləliklə Kudermetova 1/8 finala vəsiqə qazanıb.