Xəbər verdiyimiz kimi Barselona Çempionlar Liqasında ¼ finalda “Bavariya” ya 2-8 hesablı rüsvayçı məğlubiyyətindən sonra baş məşqçi Kike Setyenlə yollarını ayırdı. Bundan sonra bu posta bir neçə real namizədin olmasına baxmayaraq “katoloniya” lılar yekunda Ronald Kumanla çalışmağa qərar verdi. “Barsa” 57 yaşlı niderlandlı mütəxəssilə iki illik müqavilə bağladı. Bu posta yeni təyinat alan Ronald Kuman mətbuat konfransında klubun gələcək fəaliyyəti ilə bağlı bir sıra maraqlı açıqlamalar verib.
“Barselonada işləyəcəyimə görə çox xoşbəxtəm. İlk işimiz heyətdə müəyyən dəyişiklikərlə bağlı olacaq. Komanda da olan bütün oyunçuları diqqətdən keçirib ondan sonra qərar verəcəyik. Əsas hədəfimiz kollektivin əvvəlki gücünü geri qaytarıb həm çempionatda həm də digər turnirlərdə uğurlu çıxış etməkdir. Daha yaxşı komanda formalaşdırıb yeni qələbələrlə azarkeşlərimizi sevindirmək başlıca məqsədimizdir” Ronal Kuman həmçinin Barselonanın ulduz futbolçusu Lionel Messinin klubda qalıb , qalmayacağı ilə bağlı da gəzən söz söhbətlərə aydınlıq gətribb. “Messi dünyanın ən yaxşı futbolçusudur. Onunla eyni kollektivədə çalışmaq məni bir məşqçi kimi ancaq sevindirə bilər. Lakin hər şey onun özündən asılıdır. Ümid edirəm ki, o, klubla olan müqaviləsini davam etdirərək, Barselonanın yeni nailiyyətləri üçün çalışacaq” Qeyd edək ki, Ronald Kuman vaxtilə futbolçu kimi 6 il “Barselona”nın şərəfini qoruyub. 1998-ci ildən 2000-ci ilədək isə Kataloniya klubunda köməkçi məşqçi işləyib.