UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ” “Sileks”lə qarşılaşıb. Şimali Makedoniya komandası ilə oyuna daha yaxşı başlayan Ağdam təmsilçisi ilk hissədə hesabı açıb. 11-ci dəqiqədə Xayme Romero fərqlənib. Fasiləyədək daha bir qol vurulub. Bu dəfə Donald Geryenin başla zərbəsi dəqiq alınıb. Hücumlarını davam etdirən “Qarabağ” 51-ci dəqiqədə fərqi artırıb. Donald Gerye dubl edib: 3-0. İrəli atılan “Sileks” qalan vaxtda da heç nə ilə yadda qala bilməyib. Əvəzində qapılarında 4-cü topu görüblər. Mahir Emreli mübarizəyə nöqtə qoyub.

   Beləliklə, 4 cavabsız qolla qalib gələn “Qarabağ” Çempionlar Liqasına qələbə ilə başlayıb.