Amerika Birləşmiş Ştatlarının Leksinqton şəhərində qadın tennisçilərin beynəlxalq turniri başa çatdı. Mükafat fondu 225 min dollar olan WTA seriyalı yarışda fəxri mükafatın qalibi bəlli oldu. Finalda isveçrəli Jil Taykmannla Amerika Birləşmiş Ştatları tennisçisi Cennifer Bredi üz-üzə gəlib. Görüş 1 saat 44 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Bredi ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən amerikalı raketka ustası növbəti hissədə 6:4 hesabı ilə qalib gələrək fəxri mükafatı qazanıb.

   Bu, Cennifer Bredinin karyerasında ilk tituludur.