“Barselona” Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 2:8 hesablı ağır məğlubiyyətdən sonra heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır. İspaniya mətbuatının məluatına görə, Kataloniya təmsilçisi yalnız Lionel Messi, Frenki de Yonq, Mark-Andre ter Ştegen, eləcə də gənc oyunçular Ansu Fati və Riki Puçanı toxunulmaz hesab edir. Qalan digər futbolçuların isə "Barselona"dan göndərilə biləcəyi mümkündür.
Xəbərdə qeyd edilir ki, artıq bu yay transfer dövründə "Barselona" Luis Suares, Antuan Qrizmann, Jordi Alba, İvan Rakitiç, Serxi Roberto, Arturo Vidal və Nelson Semedu ilə viadalaşa bilər.