“Sivasspor” baş məşqçisi Rıza Çalımbayla müqaviləsinin müddətini uzatmaqla bağlı razılıq əldə edib. Tərəflər arasında uzun müddət davam edən danışıqlar müsbət nəticə verib. 57 yaşlı mütəxəssilə müqavilənin imzalanma mərasimi “4 Eylül” stadionunda keçiriləcək.  

  Qeyd edək ki, Rıza Çalımbay bundan əvvəl 2010-2012-ci illərdə də “Sivasspor”un sükanı arxasında olub.