“Trabzonspor” yeni oyunçu ilə anlaşıb. “Qara Dəniz fırtına”sı Braziliyanın “Fluminense” komandasından Marlon Xavyer Rodrigezi heyətinə qatıb. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Lakin müqavilənin şərtlərinə əsasən Marlon Xavyer Rodrigezin “Trabzonspor”a keçidi müvəqqətidir. Belə şərtlərdə razılaşma əldə olunmasının əsas səbəbi isə komandanın büdcə problemidir. Əgər 1 il ərzində komandanın maliyyə vəziyyəti düzəlsə və futbolçu da etimadı doğrultsa onunla 3 illik  yeni müqavilə imzalanacaq. Əks halda isə Marlon “Fluminense”yə geri dönəcək.  

  Xatırladaq ki, “Trabzonspor” Marlon Xavyer üçün 2 milyon avro ödəyib. 3 illik razılaşma olunarsa “Qara dəniz” təmsilçisi daha 1 milyon 250 min avro ödəniş edəcək.