Yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edən “Qalatasaray” növbəti transferini ictimaiyyətə təqdim edib. Komanda “Sivasspor”dan Emre Kılıncı düşərgəsinə cəlb edib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb. Onun illik qazancı 7.5 milyon lirə olacaq. 25 yaşlı yarımmüdafiəçi həkim müayinəsindən keçərək, “sarı qırmızılar”ın heyətində ilk məşqinə də çıxıb.
Qeyd edək ki, futbolçu 2017-ci ildən Sivas təmsilçisinin heyətində çıxış edir. O, “Sivasspor”da ümumən 107 oyuna çıxıb və 22 qol vurub. Superliqada başa çatan mövsüm 28 oyuna 8 qol vurub, 5 qol ötürməsi edib. Futbolçu eyni zamanda Türkiyə milli komandasının da üzvüdür.