UEFA Avropa Liqasının ¼ finalında “Vulverhempton”la “Sevilya” qarşılaşıb. Almaniyanın Duisburq şəhərində - neytral meydanda keçirilən görüşə İspaniya təmsilçisi daha yaxşı başlasa da, rəqib komanda hesabı açmağa yaxın olub. 13-cü dəqiqədə Raul Ximenez penaltini dəqiq yerinə yetirə bilməyib. Fasiləyədək qol vurulmayıb. 2-ci yarıda hücumlarını daha da gücləndirən “Sevilya” matçın sonlarında fərqlənib. 88-ci dəqiqədə Lukas Okampos bir dəqiq zərbə ilə mərhələnin taleyini həll edib.    

  Minimal hesabla qalib gələn “Sevilya” yarımfinaldadır.