Qarşıdakı mövsüm üçün heyətini gücləndirməyə çalışan “Fənərbağça” yeni transferləri ilə gündəmin mövzusu olub. İstanbul klubu 4 futbolçunun təqdimatını keçirib. Klub “Trabzonspor”dan Filip Novakı, “Beşiktaş”dan Gökan Gönülü və Caner Erkini, habelə “Sivasspor”dan Mert Hakan Yandaşı heyətinə cəlb edib. Mert Hakan Yandaşla 4, Filip Novakla 3, Caner Erkinlə 2 və Gökan Gönül ilə isə 1 illik müqavilə imzalanıb. Transferin maliyyə məsələləri barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Caner Erkin və Gökan Gönül ehtimadları doğruldacağı təqdirdə onlara daha 1 il “Fənərbağça”da çıxış etmək təklif olunacaq.
Xatırladaq ki, hər iki oyunçu bir müddət əvvəl “Fənər”də oynayıb. Onlar 2016-cı ildə digər komandalara keçmişdilər.