"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib. Bu,fransalı hücumçu Nikolas Rayseldi. 27 yaşlı futbolçu ölkəmizə qayıdaraq artıq "qırmızı-qaralar"la hazırlığa qoşulub. Nikolasla yeni 1 illik anlaşma əldə olunub.
Xatırladaq ki, "Qəbələ" bunadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattasla yeni anlaşma əldə edərək heyətinə qaytarıb.