Bu gün Avroliqada 1/8 finalın daha 4 oyunu olacaq. Bu qarşılaşmalardan 3-ü, cavab matçlarıdır. Yalnız “Roma” – “Sevilya” cütünün taleyi neytral meydanda həll ediləcək.
“Bayer Leverkuzen” doğma meydanda “Qlazqo Reyncers”i qəbul edəcək. Şotlandiyadakı ilk oyunda 3:1 hesablı qələbə qazanan Almaniya təmsilçisi bu matça böyük üstünlüklə çıxacaq. Cütdən ¼ finala adlayan komanda “İnter”lə üz-üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:55-də start götürür.
Eyni vaxtda Almaniyanın Duysbuq şəhərində “Sevilya” – “Roma” oyunu da olacaq. Pandemiya səbəbindən bu komandalar ilk matçda üz-üzə gəlmədiyindən UEFA cütün taleyini neytral arenada keçiriləcək 1 görüşdə həll olunmasına qərar verib.
Cütün qalibi ¼ finalda “Vulverhempton” – “Olimpiakos” qarşılaşmasının güclüsü ilə yarışacaq.Matç Bakı vaxtı ilə saat 23-də başlanır.
Eyni vaxtda “Bazel” – “Ayntraxrt” oyunu da olacaq. Frankfurtda 3 cavabsız qolla qələbə qazanan İsveçrə təmsilçisi doğma meydanda üstünlüyünü qorumağa çalışacaq. Cütün qalibi ¼ finalda “Şaxtyor”la üz-üzə gələcək.