Britaniya qran-prisi Luis Həmiltonun qələbəsi ilə yekunlaşıb. “Mersedes” komandasının pilotu vətənində keçirilən yarışda bütün rəqiblərini qabaqlayıb. Təsnifat mərhələsində pol əldə edən Həmilton üstünlüyünü final mərhələsində də qoruyub. Bu onun ardıcıl 3-cü qələbəsidi. Xatırladaq ki, Həmilton yalnız ilk yarışda fəxri kürsüdən kənarda qalmış və 4-cü yeri tutmuşdu. Red Bull komandasının niderlandlı üzvü Maks Ferstappen 2-ci, Ferrarinin monakolu pilotu Şarl Lkeler 3-cü olub.
4 mərhələdən sonra Luis Həmilton ümumi sıralamada liderliyini bir qədər də möhkəmləndirib. Britaniyalı idmançı 88 xalla liderdir. Onun komanda yoldaşı, Vallteri Bottas 30 xal geridir və 2-ci yerdədir. Finlandiyalı pilot bu mövsüm ilk dəfədir ki, fəxri kürsüdən kənarda qalıb və Britaniya qran-prisində 11-ci nəticə göstərib. 52 xala malik Maks Verrstappen 3-cü pillədəki mövqeyini möhkəmlədib. Sonrakı pillərdə 36 xalla britaniyalı Lando Norris və 33 xala malik Şarl Lekler qərarlaşıb.
Qeyd edək ki, mövsümün 5-ci yarışı da həftəsonu Britaniyada olacaq.