Qadın tennisçilər arasında dünyanın bir nömrəsi Eşli Barti bu mövsün “US Open” turnirində iştirak etməyəcək. Bu barədə açıqlama verən avstraliyalı raketka ustası “Böyük Dəbilqə” seriyalı yarışa qatılmayacağının əsas səbəbinin koronavirus olduğunu deyib.“Koronavirusla bağlı hələ də ciddi risklər var. Buna görə də özümü və komandamı mövcud vəziyyətlə qarşı-qarşı qoya bilmərəm” deyə Eşli Barti bildirib.
Xatırldaq ki, “US Open” turniri avqustun 31-də başlanacaq və sentyabrın 13-dək davam edəcək.