Bu il pandemiya dövrünə görə təxirə salınan Tokio olimpiadası 2021-ci il iyulun 23-də başlanacaq. Yaponiyanın paytaxt stadionunda dörd illiyin zirvə yarışının başlanmasına 1 il qalması münasibətilə mərasim keçirilib. Tədbirdə yalnız bir idmançı çıxış edib. Qan xərçəngi xəstəliyinə qalib gələn üzgüçü Rikako İke əlindəki simvolik ümid alovunu təqdim edərək dünyanı pandemiyaya qarşı birlikdə çalışıb qələbə qazanmağa səsləyib. O, həmçinin həyatlarını təhlükəyə ataraq koronavirusa qarşı mübarizə aparan həkimlərə dəstək mesajı verib. Tokio Yay Olimpiya Oyunları gələn il iyulun 23-dən avqustun 8-dək davam edəcək.

    Xatırladaq ki, idmançılarımız artıq 15 lisenziya qazanıblar. Onlar bədii və idman gimnastikası, atletika, üzgüçülük, atıcılıq, velosiped idmanı, taekvondo, karate və güləş idman növündə bacarıqlarını göstərəcəklər.