Milli komandamıza baş məşqçi təyin olunan  italiyalı Canni De Byazi ölkəsinin  mətbuatına müsahibə verib.  64 yaşlı mütəxəssis  “İl Resto del carlino” nəşrinə açıqlamasında Azərbaycandakı işinə başlamağı səbirsizliklə gözlədiyini bildirib. Sitat: “Hazırda bütün diqqətimi Azərbaycan millisinə  yönəltmişəm. Yenidən baş məşqçi kimi fəaliyyətə başlayıram. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim" sitatın sonu.  Canni De Byazi  gələcəkdə texniki direktor kimi də işləyə biləcəyini istisna etməyib.

 Qeyd edək ki, AFFA məşqçi ilə il yarım müddaətinə müqavilə bağlayacaq.