Şamaxıda təlim məşq toplanışında olan “Keşlə” yaxın planlarıyla bağlı qərar verib. Paytaxt klubu iyulun 24-də hazırlığı ikitərəfli oyunla başa vuracaq. Bundan sonra Tərlan Əhmədovun komandası Bakıya qayıdacaq və baş məşqçi futbolçuları iyulun 27-dək istirahətə buraxacaq. Mövsümün bürünc mükafatçısı toplanışın ikinci hissəsində 3 yoxlama görüşü keçirmək niyyətindədir. Komanda avqustun 1-də Qəbələdə "Zirə" ilə qarşılaşacaq. Digər iki qarşılaşma avqustun 3-ü və 5-də olacaq.
Xatırladaq ki, "Keşlə" ilk yoxlama matçını Qəbələdə "Qarabağ"la keçirərək 1:3 hesabıyla uduzub.