"Vulverhempton"da çıxış edən millimizin üzvü Renat Dadaşovla İngiltərənin "Birmingem Siti" klubu maraqlanır. Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Tərəflər arasında danışıqların olduğunu, lakin klublar arasında razılıq əldə olunmadığı bildirlir. Renatın digər Çempionşip klubu - "Koventri"nin də maraq dairəsində olduğunu qeyd edək.
Xatırladaq ki, Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.