“Qalatasaray”ın hollandiyalı oyunçusu Rayan Babeldən yeni xəbər var. Belə ki, klub rəhbrliyi futbolçu ilə yollarını ayırmaq fikrinə düşsə də, qərarını dəyişib. Henri Onyekuru transferi üçün “Monako” ilə danışıqların müsbət nəticələnmədiyini görən “Qalatasaray”  Babelə yenidən şans vermək niyyətindədir.

Qeyd edək ki, Rayan Babel mövsümün əvvəlində İngiltərənin “Fulhem” klubundan transfer olunub.  Ehtimalları oğrultmayan hücumçu, yanvar ayında Hollandiyanın “Ayaks” klubuna icarəyə göndərilmişdi. Baş məşqçi Fatih Terim yeni mövsüm üçün hazırlıq düşərgəsinə  Babeli də dəvət edib.  Futbolçunun  yoxlama görüşlərində meydana  çıxacağı bildirilir. Gözləninlən nəticəni verəcəyi təqdirdə Rayan Babel “Qalatasaray”ın əsas heyətində yer alacaq.