İngiltərə çempionatının 37-ci turunda “Vulverhempton” “Kristal Pelas”ı qəbul edib. Başa-baş gedən mübarizənin ilk hissəsində hesab açılıb. Fasilə ərəfəsində meydan sahibləri fərqləniblər. Daniel Podense hədəfi dəqiq nişan alıb. İkinci yarıda da hücumlarını davam etdirən “Vulverhempton” 68-ci dəqiqədə qonaqları yenidən cəzalandırıb. İspaniyalı futbolçu Coni mübarizəyə nöqtə qoyub. 2 cavabsız qələbə qazanan “Vulverhempton” 59 xalla 6-cı pillədədir. Məğlubiyyətləri sıralayan “Kristal Pelas” 42 xalla 14-cüdür.
“Şeffild Yunayted” – “Everton” matçının ilk hissəsində heç bir komanda fərqlənə bilməyib. İkinci yarıya qonaqlar daha yaxşı başlayıblar. Karlo Ançelottinin komandasından Rişarlison hesabı açıb. Qalan vaxtda qol vurulmayıb. Minimal hesabla qalib gələn “Everton” 49 xalla 11-cidir. Ardıcıl ikinci dəfə məğlub olan “Şeffild Yunayted” isə 54 xalla 8-ci yerdədir.