Futbolçu karyerasını başa vuran Rəşad Sadıqov “Qarabağ”dan ayrılıb. Onun Ağdam klubunda qalıb, Qurban Qurbanovun köməkçisi kimi çalışacağı ehtimal edilirdi.

Amma Rəşad Sadıqov sosial şəbəkə hesabı vasitəsilə bu haqda açıqlama verib. O,rəhbərliyə, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə hər şeyə görə təşəkkür edib, uğurlar arzulayıb.