Bu mövsüm avrokuboklarda mübarizə aparacaq “Keşlə” daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Klubun saytının xəbərinə görə, paytaxt təmsilçisi müdafiəçi Miyuşko Boyoviçlə sözləşməni uzadıb. Monteneqrolu futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb. 31 yaşlı futbolçu 2019-cu ildə Macarıstanın "Uypeşt" klubundan "Keşlə"yə keçib. O, ötən mövsüm 19 oyunda 2 qol vurub.