Portuqaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Fernandu Santuşla müqavilə müddətini yeniləyib. Bu barədə federasiyanın rəsmi saytı məlumat dərc edilib. Belə ki, 65 yaşlı mütəxəss 2024-cü ilin yayına qədər bu komandanı çalışdıracaq.
Xatırladaq ki, Santuş 2014-cü ildən Portuqaliya millisini çalışdırır. Onun rəhbərliyi altında pirineylilər AÇ-2016-nın, 2018/19 mövsümündə isə Millətlər Liqasının qalibi olub.