ATP turnirləri avqustun 10-da bərpa ediləcək.
İspaniyanın “Marca” nəşri yazır ki, həmin gün Vaşinqtonda reytinq xarakterli ilk turnir keçiriləcək. Daha sonra avqustun 17-də raketka ustaları Nyu-Yorkdakı yarışda qüvvələrini sınayacaq. Bu müddət ərzində isə tennisçilər karantinə alınmayacaq.
Maraqlıdır ki, bir müddət əvvəl Rusiyanın mətbuat orqanları da qarşıdakı tennis turnirlərinin təqvimini dərc etmişdi. Onlar da mövsümün Vaşinqtondakı yarışla bərpa ediləcəyini yazmışdı.