Sinsinnatidə nəzərdə tutulan “Masters” seriyalı turnir Nyu-Yorkda keçiriləcək.

Bu barədə turnirin təşkilatçıları məlumat verib. Səbəbi də budur ki, turnir “US Open”dən dərhal sonra olacaq. Daha doğrusu təşkilatçılar tennisçiləri Birləşmiş Ştatların bir təfindən digərinə üzücü yol keçməməsi üçün belə bir addım atmağa məcbur olub. İndiki vəziyyətdə ölkədə koronavirus sürətlə yayıldığından tennisçilər arasında yoluxma riskinin qarşısını almaq üçün hər iki turniri eyni şəhərdə keçirmək məqsədəuyğun sayılıb.