FİBA rəhbərliyi pandemiyaya görə yarımçıq dayandırılan 3 turnirin - qadınlar arasında Avroliqa və Avrokubok, habelə kişilər arasında Avropa Kubokun nəticələrini ləğv edib.
Qeyd edək ki, qadınlar arasında Avroliqa və Avrokubok yarışı ¼ finaldan yarımçıq dayandırılmışdı. Kişilər arasında Avropa Kubokunda isə yarımfinal oyunları keçirilməli idi. Həmin mərhələyə Türkiyənin “Pınar Karşıyaka” və “Bahçeşehir”, Almaniyanın “Bayroyt” və Danimarkanın “Bakken” komandaları yüksəlmişdi. Maraqlıdır ki, FİBA Çempionlar Liqasını ləğv etmək istəmir. Bu turnirin sentyabrda davam etdiriləcəyi gözlənilir.