San-Marino və Kanada Qran-prilərinin təşkilat komitələri bu mövsüm Formula 1 yarışlarına ev sahibliyi etməyə hazırdır.
Xarici mətbuatın məlumatına görə, artıq İmola avtodromunun rəhbbərliyi birinci dərəcəli lisenziyanı qorumaq üçün FİA ilə əməkdaşlığı davam etdirir. Bəzi Qran-prilərin ləğvi İmolanın şans qazana biləcəyindən xəbər verir.
San Marinodan fərqli Kanadanın bu mövsüm Qran-pri keçirmək öhdəliyi var. Sadəcə, pandemiya ilə əlaqədar ölkədə qeyri-müəyyənlik hökm sürür. Amma kanadalılar payızda Monrealda yarışın təşkilinə ümidlidilər.