Azərbaycan Premyer Liqasının bərpasına hazırlaşan "Zirə" daha bir yoxlama oyunu keçirəcək.

Qəsəbə təmsilçisi "Sabah"la qarşılaşacaq. Matç iyun 13-ü saat 19:00-da "Əlincə Arena"da baş tutacaq. "Zirə" bundan əvvəlki yoxlama oyununda "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

Yeri gəlmişkən “Neftçi”nin “Qəbələ” ilə və keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 14-də deyil, 13-də baş tutacaq. Buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəb olub. "Bakcell Arena"da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.