Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə komitəsi Rusiyanın qadın xokkeyçilərinin 2014-cü il Soçi olimpiadasındakı nəticələrini ləğv edib.Səbəbi budur ki, komandanın 8 üzvü antidopinq qaydalarına əməl etməyib.
Rusiyalılar o vaxt yarışlarda 6-cı yeri tutmuşdular. Amma cəza tədbirindən sonra həmin pillə kağız üzərində Almaniya seçməsinə verilib. Əlavə edək ki,Soçi olimpiadasında Rusiya xokkeyçilərindən Anna Şibanova, Yekaterina Lebedeva, Tatyana Burina və başqaları antidopinq qaydalarını pozduğuna görə idmandan ömürlük uzaqlaşdırılıblar.
Xatırladaq ki, 2014-cü ilin Qış Olimpiadasında qadın xokkeyçilərin turnirində Kanada, Amerika Birləşmiş Ştatları və İsveçrə komandaları fərqlənmişdilər.