Ölkə çempionatının bərpasına hazırlaşan klublarımız daha 3 yoxlama oyunu keçirib.

“Neftçi” “Bakcell Arena”da “Keşlə” ilə qarşılaşıb. “Flaqman” rəqibini 3-1 hesabı ilə məğlub edib. Emin Mahmudovun dublu və Rəhman Hacıyevin qoluna “Keşlə” Kristavaonun dəqiq zərbəsi ilə cavab verib.

Digər iki oyunda isə qalib müəyyənləşməyib. Belə ki, “Qəbələ”-“Sumqayıt” və “Zirə”-“Səbail” oyunları 2-2 hesabı ilə başa çatıb.