Amerikada nüfuizlu təşkilatlardan MBA-da mövsümün bərpa tarixi açıqlansa da, MXL rəhbərliyi hələ də konkret qərar verə bilmir. Düzdür, liqa rəhbərliyi mövsümün davam etdirilməsinə maraq göstərir.Bununla bağlı müxtəlif variantlar müzakirə olunur.

MXL rəhbərliyi pandemiyaya görə mövsümü bərpa etməyə çətinlik çəkir. İndiki məqamda komandalar heç məşqə də başlaya bilmir. Amerika mətbuatı yazır ki, liqa rəhbərliyi hazırda xokkeyçilərin assosasiyası ilə danışıqlar aparır. Tərəflər iyulun ortalarından klubların təlim-məşq toplanışı keçirməsi ilə bağlı ilkin razılığa gəlib. Bir müddət əvvəl isə məşqlərin iyulun 10-dan başlanacağı ilə bağlı xəbərlər yayılmışdı.

Bütün bunlara baxmayaraq, hələ də çempionatın hansı formatda davam etdiriləcəyi məlum deyil. MXL komissarı Qari Bettmen bildirir ki, mövsüm bərpa ediləndən sonra müntəzəm çempionatın keçirilməsinin əleyhinədir. O, pley-offda hər konfransdan 12 olmaqla ümumən 24 komandanın mübarizə aparmasını istəyir. Pley-offa vəsiqə qazananlar xalların faiz hesabına görə müəyyənləşməlidir. Stenli Kuboku isə ənənəvi qaydada, yəni 16 komandanın iştiraskı ilə keçirilməlidir. Sadəcə, növbəti mərhələyə keçmək üçün bir komanda 3 qələbə qazanmalıdır. Final seriyası isə maksimum 7 oyundan ibarət olmalıdır. Pley-off oyunlarının iki şəhərdə təşkili ehtimal edilir. Bunun üçün 10 şəhər arasında seçim aparılır.