Basketbol üzrə İspaniya çempionatı iyunun 15-i və ya 17-də bərpa edilə bilər.

İspaniya mətbuatı yazır ki, hər şey plan əsasında getsə, çempionat elə iyunun 30-da da yekunlaşacaq. Məsələ ondadır ki, İspaniya Basketbol Liqasının rəhbərliyi 12 komandanı bir şəhərə toplayıb çempionatı başa çatdırmaq niyyətindədir. İndiki məqamda Valensiya belə məsuliyyəti üzərinə götürməyə hazırdır.

Xatırladaq ki, İspaniya höküməti iyunun 8-dən ölkədə idman tədbirləri keçirməyə icazə verib.