UFC versiyasında yüngül çəkidə sabiq dünya çempionu Dastin Porye iyunda növbəti döyüşünü keçirmək istəyir.

Sonuncu dəfə ötən ilin sentyabrında Əbu-Dabidə Həbib Nurməhəmmədova məğlub olan amerikalı döyüş ustası hazırda öz çəki dərəcəsində reytinqdə 3-cü pillədə qərarlaşıb. O, UFC-nin ümumi kateqoriyalar üzrə siyahısında isə 12-ci sıradadır.

Xatırladaq ki, plana əsasən Porye mayın sonlarında San Dieqoda Den Hukerlə qarşılaşmalı idi. Amma pandemiyaya görə həmin döyüş qeyri-müəyyən müddətə təxirə salınıb.