Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxub.
Onun vəziyyəti ağır olaraq qalır. Rusiya mətbuatının məlumatına görə, bir müddət öncə komadan ayılan Əbdülmanaf Nurməhəmmədov yenidən huşunu itirb. Həkimlər onu süni nəfəs aparatına qoşub. Xatırladaq ki, 57 yaşlı sabiq samboçu aprelin 25-də pnevmoniya diaqnozu ilə Dağıstan xəstəxanalarından birinə yerləşdirilmişdi. O, hazırda Moskvada müalicə olunur.