İspaniya liqasında çıxış edən basketbolçuların 2/3-i mövsümün bərpa olunmasını istəmir.

Turnirdə mübarizə aparan 157 basketbolçu arasında gizli sorğu aparılıb. Onlardan 107-i çempionatın davam etdirilməsinin əleyhinə çıxıb. Qeyd edək ki, İspaniya Basketbol Federasiyası klub rəhbərləri ilə videomüşavirədə yarışı bərpa etmək qərarına gəlib.

Çempionatın keçirilməsi ilə bağlı yekun qərar mayın 31-də ictimaiyyətə elan olunacaq.