MBA klublarının təlim-məşq toplanışının günləri azaldılacaq.
Plana əsasən, mövsümün bərpasından əvvəl basketbolçular 4-5 həftə məşq prosesi keçməli idisə, indi vaxt azaldığından hazırlığa maksimum 3 həftə yer veriləcək. Bu da o deməkdir ki, mövsüm daha tez başlaya bilər. Xatırladaq ki, artıq bəzi komandalar məşqləri bərpa edib. Amma oyunçular klubun bazasında fərdi proqram əsasında məşq edir.
Əlavə edək ki, ABŞ mətbuatı oyunlara basketbolçuların ailələrinin də buraxılacağı ilə bağlı xəbərlər yayır.