İtaliya basketbol klubları növbəti mövsümdən müqavilələrə COVİD 19-la bağlı yeni bənd sala bilər.
Ölkə mətbuatının məlumatına görə, məvacib məsələsində klublarla oyunçular arasında problem olmasın deyə belə bir yenilik zəruridir. Düzdür, ideya ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.Lakin yaxın günlərdə liqanın iclasında bu məqam müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, koronavirus pandemiyasına görə İtaliya çempionatı birdəfəlik dayandırılıb və çempion elan edilməyib.