İngiltərədə Premyer Liqanın bərpa tarixi hələ də müzakirə mövzüsudur. Çempionşipin əsas çempionatdan tez başlanacağı gözlənilir. Bu haqda Britaniya mediasında xəbərlər yayılıb. Son xəbərlərdə premyer liqanın iyunun 12-də deyil, 1 həftə sonra bərpa olunacağı bildirilir. Səbəb isə budur ki,  futbolçular göstərilən  tarixə kimi tam hazır ola bilməyəcəklər.

Komandaların demək olar ki, hamısının məşqçiləri eyni fikir söyləyərək, oyunların bir qədər gec başlanmasını təklif ediblər. Xatırladaq ki, martın 13-də yarımçıq dayandırılan Premyer Liqada hələlik 29 oyundan  82 xal toplayan “Liverpul” turnir cədvəlinin zirvəsindədir. 1 oyun az keçirən “Mançester Siti” liderdən 25 xal geri qalır.

Qeyd edək ki, İngiltərə çempionatının  aşağı liqası çempionşipdə mübarizə daha tez  bərpa oluna bilər. Bu yarışın  iyunun 6-dan davam etdirilməsi gündəmdədir. Hazıda bu liqada çıxış edən komandalar rəsmi şəkildə tibbi təhlükəsizlik protokolunun təsdiqlənməsini gözləyirlər. Çempionşipdə  37 oyundan sonra “Lids Yunayted” 71 xalla liderdir. 1 xal fərqlə geri qalan “Vest Bromviç” də premyer liqaya yüksəlməyə əsas namizədlərdəndir. Ilk 3-lüyü 64 xalla “Fulhem” tamamlayır.