Avropa ölkələrində futbol üzrə milli çempionatların bərpa tarixləri bir-birinin ardınca açıqlanır. Bununla bağlı növbəti rəsmi xəbər A seriyasına aiddir. Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri İtaliyanın da futbol həyatı tədricən canlanmağa başlanır.
Italiya futbol federasiyası rəhbərliyi “A” seriyasında yarışların bərpa tarixini açıqlayıb.Uzun sürən mükzakirələrdən sonra çempionatın iyunun 13-də qaldığı yerdən davam etdiriləcəyi bildirilib. Xatırladaq ki, ölkədə mayın 4-dən fərdi qaydada məşqlərə icazə verilmişdi. Mayın 18-dən isə qrup şəklində hazırlıq mərhələsi başlanacaq. Komandalar oyunlara hazırlaşsalar da karantin rejiminə uyğun olaraq tibbi təhlükəsizlik tələblərinə ciddi şəkildə riayət edilir.İtaliyada yeni qaydalara əsasən əgər futbolçular arasında 1 yoluxma halı belə üzə çıxarılsa, turnir yenidən yarımçıq dayandırıla bilər. Hazırda A seriyasında 26 turdan sonra Yuventus 63 xalla zirvədədir. Latsio liderdən 1 xal geri qalır. Rəqiblərindən 1 oyun az keçirən Inter isə 54 xalla ilk 3-lüyü tamamlayır.