“Qarabağ”ın üzvü Araz Abdullayev yenidən legioner həyatı yaşaya bilər.

Ağdam klubunda icarə əsasında çıxış edən 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. Onun müqavilə ilə məxsus olduğu “Panionios”la sözləşməsi bu  ayın sonunda başa çatır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun marağında olmayan Araz Premyer Liqanın digər klublrından təkliflər almasına baxmayaraq legioner həyatı yaşamaq  istəyir. Hazırda futbolçunun meneceri bir sıra klublarla danışıq aparır.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abdullayev 2018-ci ilin yayından icarə əsasında “Qarabağ”da çıxış edir.